Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu Öndər ölkəmizdə gənclərlə bağlı məsələlərə də xüsusi önəm verir və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşırdı

0

  •        Azərbaycan mənim keçmişim, bu günüm və gələcəyim. Tarixi
    keçmişlərə söykənmiş yurd-yuva. Düşmən gözü çıxardan, hər zaman istilaya məruz
    qalan lakin sonunda qalibiyyət qazanan böyük ölkə. Bir dövlətin uğuru, nailiyyəti onun idarəçiliyindən çox asılıdır, düzgün
    başçı, düzgün lider hər şeyi həll edir...Azərbaycanın tarixi dedikdə və ən əsası
    uğuru dedikdə ilk ağla məhz ümummilli lider Heydər Əlirza oğlu Əliyev gəlir. Böyük
    siyasətçi, gözəl ailə başçısı, mərhəmətli insan. Balacadan tutmuş böyüyə qədər hər
    kəsin ağlında, qəlbində dərin izlər buraxıb. Yaşasaydı 99 yaşı tamam
    olacaqdı. Təəssüf hissi ilə anıram, üzülürəm. Niyə yaxşı insanlar hər
    zaman az ömür sürür. Mən körpə uşaq olanda dəfələrlə məcburi köçkünlərlə görüşü
    olurdu, qayğı ilə sevgi ilə onlarla görüşə gəlirdi. İlk dəfə Mingəçevir şəhərində onu görəndə çox ağladım, o qədər televiziyadan
    görmüşdüm ki, həm də atam onun insan pərvərliyindən çox danışıb məni ona aşiq
    etmişdi. Yaxınlaşdım, bağça yoldaşlarımla bizi başımızdan öpüb, sinəsinə basdı. Mən bu gün artıq gənclik yaşımı ötürüb ahıllığa doğru gedirəm, amma hələ də Heydər Əliyev adı gələndə o yaşıma qayıdıram. Bizim uşaqlığımız
    daha məsum, daha çətin idi. Müharibə dövrü, hamı ağır-itki yaşayıb, el-obasını
    itirib. Həm psixoloji sarsıntı, həm maddi sıxıntı.

           Bilirsiz maraqlısı nədir, biz 30 il məcburi
    köçkün kimi yaşadıq. Amma onu heç vaxt hiss etmədik. Nə aclıq, nə səfalət, əksinə rahatlıq, toxluq. Təhsil bir millətin gələcəyidir. Heyder Əliyevin əsas
    amalı, düzgün təhsil, düzgün təlim idi. Hər zaman çıxışında vurğulayırdı ki, düşmənə qarşı ən gözəl silah məhz təhsildir. Çünki o bilirdi bizim qarşımızdakı erməni vandalları cahildir. Onların yalnız silaha çatırdı gücü, bir də köməksiz, biçarə insanlara.

             Əvvəlki dövrlərlə müqayisədə indi artıq internet dövrüdür nə qədər
    pərdələnməyə  çalışsalar da, hər şey göz
    önünə qoyulur. Dünya dövlətləri onların xislətinə artıq bələddir.

             Heydər Əliyev əslində çox xoşbəxt bir ata olub, çünki, onun İlham Əliyev kimi davamçısı var. Çox şükür ki, Cənab Prezident atasının qoyduğu izlə getdi. 30 il canla-başla, Ata yolu ilə
    gedərək Qarabağı azad etdi. Həm də nə 5 ay, nə 5 ilə, cəmi 44 günə. Bu dünya tarixinə
    yazılası bir zamandır. Cənab Prezident ilk dəfə Xarıbülbül festivalında çıxış edərkən bizim Şuşamızda
    ağladı, gözləri yaşla doldu. Çünki ata vəsiyyətini yerinə yetirmişdi. Artıq özü də
    bilirdi ki, atası Heydər Əliyevin ruhu rahatçılığa qovuşdu.

             Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Həm də fəxr
    edirəm ki, uşaqlığımda, böyüklüyümdə Azərbaycanın tarixinə şahid oldu. Qaçqın düşəndə 4 yaşı olan balaca qızcığaz böyüyüb Vətəninin
    azadlığına şahid oldu. Təkcə mən deyiləm, mənim ailəm ilə eyni yaşıdlarım bunu yaşadı. Heydər Əliyev
    siyasəti, Heydər Əliyev amalı hər zaman bizi yaşadıb. Bu gün də onun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən o siyasət davam edir və daha da irəlilərə
    aparacaq.

            Allah ordumuzu qorusun. Onların Ali Baş Komandanın əmrini olduğu kimi, xalqına,millətinə sadiq çıxaraq yerinə yetirməsi bu gün bizi
    yaşatdı.

            Heydər Əliyev haqqında danışmaq kitablara
    sığmaz, cümlələr bitməz. O qədər danışılası, ifadə olunası fikirlər var ki, amma mən
    istədim daha səmimi, içimdən gələni ifadə
    edim.

            Bizdən sonra gələn gənclər bizim yaşadığımız,
    o sevgini ,o mərhəməti duymalıdır. İnşallah, onların da başlıca amalı Heydər
    Əliyev siyasətini dəstəkləyib, İlham Əliyev xətti ilə getmək olacaq. Mən Vətəninə, yurduna bağlı gənclərin yetişəcəyinə çox əminəm. Yaxşı ki, Azərbaycan var və mən də Azərbaycanlıyam..

     Ülviyyə  Əhmədova,

     Xocalı rayon gənci

                    

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib51 dəfə
    Ulu Öndər ölkəmizdə gənclərlə bağlı məsələlərə xüsusi önəm verir bu sahəyə xüsusi diqqətlə qayğıyla yanaşırdı

    Maraqlı gələ bilər
    51
    0